Ana səhifə / Dünya / Ərdoğandan azərbaycanlıları da maraqlandıran – Qərar

Ərdoğandan azərbaycanlıları da maraqlandıran – Qərar

Türkiyənin məşhur Topqapı Sarayı muzeyi Milli Saraylar İdarəsinin nəzarətinə verilib.
 Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama görə, saray kompleksinin idarəsi, restavrasiyası və bir sıra xidmətlər Milli Saraylar İdarəsi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Topqapı Sarayı azərbaycanlıların Türkiyədə ən çox ziyarət etdiyi tarixi yerlər sırasındadır. Burada Səfəvilər İmperiyasına aid əşyalar da var, lakin son illər restavrasiya işləri ucbatından sözügedən əşyaların sərgilənməsi dayandırılıb.(Axar.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …