Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakıda kütləvi dava olub, bir nəfər bıçaqlanıb, 4 nəfər tutulub

Bakıda kütləvi dava olub, bir nəfər bıçaqlanıb, 4 nəfər tutulub

Bakıda kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …