Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Röya: “Ərinə desəm, sürüyüb evinə aparacaq”

Röya: “Ərinə desəm, sürüyüb evinə aparacaq”

Əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal arasındakı qalmaqal davam edir.

Musavat.com xəbər verir ki, “Altın Kelebek” mükafatlandırma mərasimindən sonra başlayan davanı Röya “Xəzər maqazin” verilişində davam etdirib: “Nigardan ötrü ölürdüm, hara getsəm, onu daşıyırdım. Türkiyəyə getməzdən qabaq rejissor Nihat Odabaşı Bakıya gəlmişdi. Nigara zəng vurdum ki, birgə yemək yeyək. Razılaşdı, amma axşam zəng vuranda dedi ki, Londona uçuram, yoxam. Elə birtəhər gəldi ki, bu qız mənə deməmiş niyə Londona gedib? O “İnstaqram”da təbrik etmələr filan… Bunlar deyəsən öyrəşdilər baş bağlayıb açmağa. Mənimlə Türkiyəyə stilist Elnur Həsənov getməli idi. Onun da Allah canını sağ eləsin. Dedi ki, gəlinlərimi qoya bilmirəm.

Mən də istəmədim ki, hansısa bir qız toy günündə ağlamasın. Eybi olmaz. Stilist Anar Ağakişiyevi də Nigar bron etmişdi. Axşam ona dedim ki, vaxtın olsa, məni də bəzəyərsən. Bunu da Nigar bildi və icazə vermədi. Anara zəng vurub dedim ki, narahat olma. Bilirəm ki, səni Nigar qoymur. Qırmızı xalçada Nəsiblə (red. aparıcı Nəsib Nur) salamlaşmışam. Keçmişəm kənara, onları gözləyirəm. Mən nə bilim ki, bu qız deyir ki, Röya çıxıb getsin, mən tək qırmızı xalça üzərinə çıxım. Çox səy qızam, bunu bildim.

Anar əlini atıb məni çağıranda Nigar qışqırıb deyir ki, bunu niyə çağırırsan? “Bunu” e? “Bu” sənsən! Qaça-qaça bir bayrağı əlinə götürmüsən. Yaxşı ki, o oğlanın ayağı düşüb (red: Eldar Qasımov). Eldarın şansıdır ki, onun başına “quş” qondu. Bir “Eurovision”a görə özünü nə zənn etdin? “Kim” demirəm. Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı. Sonadək Nigarın qalib olacağını düşünürdüm. Bu haqda fikirləşməmişdim ki, qalib olacağam. Elə olsaydı, mən də Nigar kimi anamla gələrdim, sevgililərimin hamısını ora yığardım”.

Əməkdar artist qalmaqal yaşadığı İradə İbrahimovadan da bəhs edib: “İradənin də iki uşağı var. Ərinə desəm, gəlib sürüyüb evinə aparacaq. Gedib evlərində otursunlar. Mən onsuz itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdə, digəriniz bilinmir, haradasız”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …