Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakıda daha bir məşhurun barelyefini oğurlamaq istədilər

Bakıda daha bir məşhurun barelyefini oğurlamaq istədilər

Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində mərhum tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Zamanovun yaşadığı binanın üzərindəki barelyefinin oğurlanmasına cəhd edilib.

“Report”un xəbərinə görə, ərazidə yaşayan sakinlərin müdaxiləsindən sonra barelyefi oğurlamaq istəyən naməlum şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, A.Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin Səbail rayonu ərazisində yerləşən barelyefi naməlum şəraitdə yoxa çıxıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …