Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / İsgəndər Cavadovun oğlu saxlanılıb – Avtoxuliqanlıq etdiyinə görə (FOTO)

İsgəndər Cavadovun oğlu saxlanılıb – Avtoxuliqanlıq etdiyinə görə (FOTO)

Sabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə işıqforun qırmızı işığından keçib. SürücüYol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadovyol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.

Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdənsonra sərbəst buraxılıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …