Bazar , Noyabr 17 2019
Ana səhifə / Kriminal / Bağlanan banklar müştərilərinə 252 milyon verdi

Bağlanan banklar müştərilərinə 252 milyon verdi

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 9-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 milyon 198 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 43 milyon 906 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 16 milyon 800 min manat və “Dekabank” ASC-nin əmanətçilərinə 2 milyon 763 min manatdan artıq kompensasiya ödəyib.

Əmanətlərin Sığortalanması Fondundan AzVision.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 93 milyon 667 min manatdan artıqdır.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 13 milyon 673 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 12 milyon 146 min manatı “Atrabank”ın, 1 milyon 527 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 723 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 739 min manatdan çoxdur.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 252 milyon 079 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Həmçinin oxuyun

Türkiyə 29 İŞİD üzvünü Azərcaycana deportasiya edəcək (FOTOLAR)

Hazırda Türkiyədə 948 İŞİD terrorçusu deportasiya edilməyi gözləyir. Qaynarinfo xəbər verir ki, həmin şəxslərdən 296-sı İraq, …

Bir cavab yazın