Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bələdiyyələr pulu belə qazanırmış – AÇIQLAMA

Bələdiyyələr pulu belə qazanırmış – AÇIQLAMA

Azərbaycan bələdiyyələrinin gəlirləri azalıb. Fins.az-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin məlumatları təsdiqləyir.

Gəlirlər 38% azalıb

2015-ci ildə Azərbaycan bələdiyyələrinin illik büdcə gəlirləri 30,9 milyon manata bərabər olub. Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, bu yerli büdcə gəlirlərinin 2014-cü illə müqayisədə 38 % azalması deməkdir. Belə ki, 2014- cü ildə bələdiyyələrin illik büdcə gəlirləri 50 milyon manatdan artıq olub.

Ən çox pul torpaqların satışından gəlir

Bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaitlərinin 6,7 milyon manatı bələdiyyə əmlaknın və torpağının özəlləşdirilməsindən, 3,5 milyon manatı icarəyə verilməsindən, 5,9 milyon manatı əmlak vergisindən, 5,2 milyon manatı torpaq vergisindən daxil olub. Yerli büdcəyə daxil olan gəlirlərin 370 min manatı mədən vergisindən, 300 min manatı isə bələdiyyə müəssisələrinin mənfəət vergisindən daxil olub.

Dayanacaqlardan və divar reklamlarından pul qazanırlar

Sanatoriya kurort, mehmanxana və turizm xidmətlərindən daxil olan rüsumların həcmi 639 min manat, avtomobil dayancaqlarından daxil olan rüsumların həcmi 173.5 min manat, küçə divar rekalamlarında daxil oan vəsaitlərin həcmi 286 min manat təşkil edib. Daxil olan vəsaitlərin 5,2 milyon manat dotasiyadan, 1.1 milyon manatı isə hüquqi və fiziki şəxslərdən daxil maliyyə yardımlarından daxil olub.

Reklam gəlirləri artıb

Ümumilikdə, əmlak vergisindən, küçə reklamlarından, sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərindən daxil olan rüsumların, avtodayacaqlarından daxil olan ödənişlərin həcmi artıb.

Hər bələdiyyə cəmi 1200 manat qazanıb

Beləliklə, dotasiya və maliyyə yardımların həcmi çıxsaq bələdiyyələrin ilik büdcə gəlirləri 24 milyon manata çatmır. Bu isə o deməkdir ki, ötən il ay ərzində ölkə bələdiyyəsi cəmi 1244 manat qazana bilib. Bu rəqəm 2014 -cü ildə 2221 manata bərabər olmuşdur.

Belediyye.info

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın