Ana səhifə / Kriminal / Azərbaycanda qızıl hasilatı artıb – Hesabat

Azərbaycanda qızıl hasilatı artıb – Hesabat

“Azərbaycanda qızıl istehsalçısı olan “Anglo-Asian Mining” (AAM) şirkəti 2017-ci ildə 72 min unsiya qızıl hasil etmək niyyətindədir”.

Bu barədə şirkətin baş direktoru Reza Vəziri deyib.

Onun sözlərinə görə, şirkət 2016-ci ildə 65 min unsiyadan çox qızıl hasil edib.

Baş direktor bildirib ki, 2016-cı ilin yekunlarına görə, düzgün siyasətin nəticəsi olaraq şirkət yenidən gəlir əldə edib.

Onun sözlərinə görə, bir unsiya qızılın hasili üçün xərc 2015-ci ildə 858 dollar təşkil edirdisə, 2016-ci ildə bu göstərici 616 dollar təşkil edib.

Şirkətin gəliri vergitutmadan əvvəl 6,8 milyon dollar təşkil edib, ümumi borcu isə 14 milyon dollar azalaraq 35 milyon dollar təşkil edib, deyə Reza Vəziri bildirib/Trend.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın