Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Azərbaycandan çıxan pulların qarşısı alınıb”- Ekspert

“Azərbaycandan çıxan pulların qarşısı alınıb”- Ekspert

“Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir.”

İqtisadçı ekspert Samir Əliyev AzNews.az-a açıqlamasında valyuta ehtiyyatlarının əsasən 2015-ci ildən artdığını deyib:

“2016-ci ildə Mərkəzi Bankın valyuta ehtiyyatları az, Neft Fondunda isə çox oldu. Ümumiyyətlə, son günlər müəyyən bir artımın olması müşahidə olunur. Bu qeyri-neft sektorunda özünü göstərir. Ancaq nəzərə alaq ki, bu daha çox 2015-2016-cı ilin əvvəli ilə müqayisə olunur. Yəni, o dövrdə birdən-birə vəziyyət sürətlə pisləşdi. Neft düşdü, ölkədə devalvasiya baş verdi və bu iqtisadiyyatı iflic vəziyyətə gətirdi. Bundan sonra müəyyən bir sabitlik dövrünün yaranması lazım idi. Hazırda isə biz həmin sabitlik dövrünü yaşayırıq”.

Samir Əliyev neftin qiymətində də bahalaşma olduğunu qeyd edib:

“Bütün bu statistik göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan böhrandan çıxdı. Yəni, böhrandan nəyin hesabına çıxdı? Məsələn, tədiyyə balansına nəzər salaq. 2016-cı ilin kəsiri 2015-ci illə müqayisədə xeyli azalıb. Bu nəyin hesabına baş verib? Ölkədən çıxan pulun qarşısı alınıb və ölkəyə müəyyən qədər maliyyə vəsaiti gəlib”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın