Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycana görə Türkiyədə qaz ucuzlaşacaq

Azərbaycana görə Türkiyədə qaz ucuzlaşacaq

SOCAR Türkiyənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”ə dəyərinin iki mislindən artıq pul verib.

Türkiyə mətbuatı xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib:

“Biz Türkiyə investisiyalarını strateji hesab edirik. İndiyə qədər Türkiyəyə etdiyimiz investisiyalardan pul qazanmamışıq. Davamlı sərmayə qoyacağıq. Türkiyədə 9 ildir ki, gələcək üçün işləyirik”.

V.Əliyev əlavə edib ki, “TANAP” fəaliyyətə başladıqdan sonra Türkiyədə qazın qiymətləri ucuzlaşacaq: “Azərbaycan qazı hər zaman ucuzdur”.

SOCAR rəsmisi, həmçinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar “SOCAR” və “Petkim”də aparılan əməliyyatlardan söz açıb: “Bu araşdırmalar şirkətə deyil, insanlara qarşı aparılıb. Radikal qrupların dövlətə təsir etməsinin qarşısı alınacaq”. (AzVision.az)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın