Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycan 10 təlim-məşq təyyarəsi aldı –Pakistandan

Azərbaycan 10 təlim-məşq təyyarəsi aldı –Pakistandan

Azərbaycan Pakistandan HHQ üçün 10 “Super Mushshak” təlim-məşq təyyarəsi alıb.

Bu barədə Xinhua agentliyi Pakistan HHQ bəyanatına istinadən xəbər verir.

Təyyarələrin alınması ilə əlaqədər Azərbaycanda baş tutan imzalanma mərasimində Pakistan aviasiya Marşalı Arşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov iştirak ediblər.

Saziş həmçinin təlimin keçirilməsini və texniki yardım göstərilməsini nəzərdə tutur.

“Bu əlamətdar saziş qardaş ölkələr arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək”, – deyə bəyanatda bildirilir.

Bu tipli təyyarə artıq Türkiyə, Nigeriya, Qətər Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da istifadə olunur.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın