Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Azərbaycanda turistlər ödənişləri valyuta ilə edəcəklər? – EKSPERT

Azərbaycanda turistlər ödənişləri valyuta ilə edəcəklər? – EKSPERT

Özbəkistan hökuməti radikal addım atıb – 2017-ci ilin yanvar ayının 1-dən etibarən bu ölkədə turistlər və Özbəkistanda daimi yaşayış yeri olmayan vətəndaşlığı olmayan şəxslər hotellərdə ödənişləri sərbəst konvertasiya edilən valyutada edəcəklər. Bununla bağlı ölkə prezidentinin fərmanı da mövcuddur.

Qeyd edək ki, ən böyük nominallı özbək banknotu 5000 sumluq əskinasdır. Bu ölkədə ABŞ dollarının rəsmi məzənnəsi 1 dollara görə 3200 sumdan artıqdır. “Qara bazar”da isə 1 dollar 6500 sumdan bahadır.

Azərbaycan üçün bu maraqlı nümunədir. Belə ki, ölkəmizdə valyuta tapmaq müşkül məsələyə çevrilib. Banklarda valyuta satışı olmadığından, bəlkə biz də Özbəkistanın nümunəsindən bəhrələnək? Turistlər mehmanxanalarda və restoranlarda valyuta ilə ödəniş etsinlər.

Düzdür, burada incə məqam var: Azərbaycanda yeganə ödəniş vasitəsi milli valyuta olan manatdır. Fəqət yerli banklar valyuta satmır, hətta onu bank kartlarına yükləməkdən də imtina edirlər.

Bəs nə etməli? Virtualaz.org-un əməkdaşı ilə söhbətində “Turan” İA-nın direktoru Mehman Əliyev deyib ki, heç bir normal ölkədə belə təcrübə tətbiq olunmur: “Bütün sivil dövlətlərdə olduğu kimi, bank kartları ilə ödəniş etmək lazımdır. Buna doğru istiqamət tutmalıyıq. Vəzifə olaraq nəqdsiz ödənişlərin həcmi artırılmalıdır. XXI əsrdə yaşayırıq, nəqd ödənişlər dövrü arxada qalıb. Özbəkistanda nə edirlərsə, öz problemləridir. Azərbaycan sivil iqtisadi münasibətlərə can atmalıdır, o cümlədən turistlərə münasibətdə də”.

O ki qaldı Özbəkistana, bu ölkədə sərbəst konvertasiya olunan valyutaya 17 dövlətin milli valyutası aid edilib ki. bunların arasında keçmiş SSRİ respublikalarının adı yoxdur.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın