Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda ətin qiyməti niyə kəskin bahalaşıb?

Azərbaycanda ətin qiyməti niyə kəskin bahalaşıb?

Azərbaycanda mal və qoyun ətinin qiyməti yenidən bahalaşıb.

Musavat.com bununla bağlı ət satışı ilə məşğul olan şəxslərə istinadən xəbər verir.

Məlumata görə, son günlər qoyun əti 11 manatdan 12 manata, mal əti isə 10 manatdan 11,50 manatadək bahalaşıb. 8-12 kiloqramlıq quzuların ətinin kiloqramı isə bəzi ünvanlarda hətta 14-15 AZN-ə satılır. Məlumatlı şəxslər hesab edir ki, yay vaxtlarında bahalaşmanın səbəbini toy mövsümünün olması ilə əlaqədar deyil. Bildirildiyinə görə, bu il yem tədarükünün elə də yüksək səviyyədə olmaması qısa zaman kəsiyində ota olan tələbatı artırıb. Bu səbəbdən də otun qiyməti qəfildən artıb. Ot biçini yenicə başa çatsa da, artıq bir ədəd yonca bağlamasının qiyməti müxtəlif ünvanlarda 5-8 AZN-dək dəyişir. Hansı ki, əvvəlki dövrlərdə qiymət uzağı 3-4 manat olub. Sahibkarlar deyir ki, keçən ilin yay mövsümündə 18 qəpiyə olan arpanın kiloqramı hazırda 35 qəpiyədək bahalaşıb.

Heyvanları kökəltmə məntqələrində çalışan şəxslər yemin bahalaşmasının ardınca mal-qoyuna da yeni qiymət qoyublar. Qəssablar əməkdaşımızla söhbətində deyiblər ki, ölkə daxilində ətlik mal-qoyunun sayınınm azalması da qiymətə təsir edib. Hətta onların dediyinə görə, ölkəmizə gələn ərəb sahibkarlar Azərbaycanda yedikləri ətin dadına, tamına bələd olduqdan sonra burada Səudiyyə Ərəbistanı və digər ölkələrə ət idxalına başlayıblar. Bu da ölkəmizin daxili tələbatında problemlər yaradıb. Onu da öyrəndik ki, ət qıtlığı səbəbindən Azərbaycana Ukraynadan ətin idxal olunmasına başlanılıb. Amma sahibkarlar özləri də etiraf edirlər ki, Ukrayna ətinin dadı yerli məhsullara çatmır. Gürcüstanda ətin qiymətinin artması səbəbindən qonşu ölkədən mal-qara daşınmasına marağı azaldıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın