Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Azərbaycan özünü dərmanla 70 faiz təmin edə bilər

Azərbaycan özünü dərmanla 70 faiz təmin edə bilər

“Azərbaycan əhalisinin 60-70 faizi yerli istehal dərmanlarla təchiz edilə bilər”.

Bunu AzVision.az -a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Millət vəkili bildirib ki, ölkəmizdə 2 il ərzində əczaçılıq zavodları fəaliyyətə başlayacaq, bununla əhalinin dərmana olan təlabatı qismən təmin olunacaq.

“Bundan sonra da yeni zavodların açılması ehtimalı vardır. Hər bir dövlət lazım olan bütün dərmanları, tibbi ləvazimatları özü istehsal etmir. Dərmanın müəyyən hissəsi istehsal edilir, müəyyən qədərini isə başqa dövlətdən alınır. Həmin zavodlar vasitəsilə tək öz ölkəmizi təmin etmək deyil, eləcə də digər ölkələrə dərman ixracı nəzərdə tutulub. Bu da prespektivli bir işdir”.

İqtisadiyyat naziri Şahin Mustafayev isə jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq. O bildirib ki, 2-3 il ərzində Azərbaycanda bir neçə zavod dərman istehsalına başlayacaq: “Bu gün Azərbaycanda dərman idxalı 100 faiz təşkil edir. Təxminən 2-3 il ərzində bu mənzərə tamamilə dəyişəcək. Pirallahı Sənaye Parkında 5 hektar ərazidə inşa edilən “Caspian Pharmed” əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon dollar investisiya qoyulacaq. Zavodda istehsal edilən dərmanların böyük hissəsi Azərbaycan daxili istehlaka yönəldilsə də, bir hissəsi ixrac olunacaq. Təqdim edilən biznes plana əsasən burada istehsal olunan dərmanların Rusiya, Gürcüstan və Qazaxıstan bazarlarına da ixrac edilməsi nəzərdə tutulub”.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …

Bir cavab yazın