Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycan neft-qaz sektorunun əməliyyat hesabının profisiti 4,4 milyard dollardır

Azərbaycan neft-qaz sektorunun əməliyyat hesabının profisiti 4,4 milyard dollardır

2016-cı ildə Azərbaycanda tədiyə balansının cari əməliyyat hesabının kəsiri 1,36 milyard dollar təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansına istinadən məlumat verir.

Balansdan məlum olur ki, ötən il Azərbaycan neft-qaz sektorunun cari əməliyyat hesabının profisiti 4,4 milyard dollar təşkil edib. 2015-ci ildə bu göstərici 6,55 milyarda bərabər idi.

2016-cı ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 22,2 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycan 186 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.

2016-cı ilin yekunlarına görə, Azərbaycanın ehtiyat aktivləri 539 milyon dollar həcmində azalıb. 2015-ci ildə azalma 11,33 milyard dollara bərabər idi.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın