Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Azərbaycan lüks avtomobillərin idxalına aksizləri artıra bilər

Azərbaycan lüks avtomobillərin idxalına aksizləri artıra bilər

Azərbaycanda lüks avtonəqliyyat vasitələrinə idxal aksizinin artırılması təklif olunur.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Maliyyə, tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov Milli Məclisin bugünkü komitə iclasında bildirib: “Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin ölkəyə idxalı 82% azalıb”.

“Avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiqi önəmli hallardan biriidir. Ötən ilin 11 ayı ilə müqayisədə ümumiliilkdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin sayı 82% azalıb. Belə ki, keçən ilin 11 ayında 25 min ədəd avtonəqliyyat vasitəsi idxal olunmuşdursa, bu il idxal 4 800-dən bir qədər çox olub. O cümlədən, vergi 94,5 mln. manat az toplanıb”, – deyə İdarə rəisi qeyd edib.

Hazırda Azərbaycan ərazisində 2 mln.-a yaxın avtonəqliyyat vasitəsinin olduğunu deyən M.Vahabov mühərrikinin həcmi daha yüksək olan lüks avtomobillər üçün aksizlərin artırılmasını vacib sayır: “Ötən ilin 11 ayında 5 000-dən yuxarı mühərrikinin həcmi yüksək olan avtonəqliyyat vasitəsinin idxalı 160 ədəd idisə, onun da 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə gətirilib, 2016-cı ilin 11 ayında 198 ədəd lüks avtomobil idxal olunub (1 ədədi – güzəştli qaydada). Deməli, imkan var. Həmçinin, xəz-dəri məmulatlarının aksiz vergisinə cəlb olunması zəruridir. Ölkələr var ki, xalça məmulatlarını aksiz vergisinə cəlb edir. Bu gün istehlak bazarında kifayət qədər xəz-dəri məmulatları var. Ona görə də aksiz vergisinə cəlb edilməsi vacibdir”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın