Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının azalması davam edir

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının azalması davam edir

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları2015-ci il sentyabr ayının 1-nə 22 297,2 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan analoji göstəricidən 31,9 mln. manat və ya 0,14% azdır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, azalma bu ilin fevral ayından etibarən hər ay davam edib və martın 1-nə olan göstərici ilə müqayisədə kredit qoyuluşları sentyabrın 1-dək 278,5 mln. manat və ya 1,23% azalıb.
Qeyd edək ki, 2014-cü ilin sentyabrın 1-i ilə müqayisədə isə 3 161,6 mln. manat və ya 16,5% artım qeydə alınıb. Xarici valyutada iqtisadiyyata kredit qoyuluşları manatla ifadədə fevral ayından etibarən 35% artım göstərdiyindən, kredit qoyuluşlarında yaranan artımda manatın məzənnəsinin dəyişməsi öz effektini göstərib. Report.az

Həmçinin oxuyun

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır …

Bir cavab yazın