Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycan içki ixracını 2 dəfədən çox artırdı

Azərbaycan içki ixracını 2 dəfədən çox artırdı

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 5.727 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Report-a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,215 mln. dollar və yaxud 2,3 dəfə çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.

3 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 10,311 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 4,18 mln. dollar və yaxud 68,2% çoxdur.

Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,7%-lik paya malik olub.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın