Tərkibində yüksək miqdarda yod olan qara turp öskürəyin keçməsinə kömək edir. Xərçəng riskini azaldır. Revmatizm və damar genişlənməsində geniş şəkildə istifadə edilir. Qara turpu çeynəmək isə dişləri gücləndirir.

Bal ilə qara turpun qarışığı qanı zəhərlərdən təmizləyir, sidik qovucu təsir göstərir. Astmalı xəstələrin müalicəsində effektlidir. Qan yaradıcıdır.

Bu qarışığı öd kisəsində daş olanlar istifadə edə bilməzlər. Şirəçəkəndən keçirilən qara turpun şirəsi çox acı olduğu üçün onu soyuducuda bir müddət saxlamaq lazımdır, daha sonra isə ona bal əlavə edib içmək olar. Bu qarışıq da təzə olaraq istifadə edilməlidir. Duz tökmək olmaz. Gün ərzində təzə qara turpun 50–100 ml miqdarda suyunu içmək olar. 4- 6 həftə istifadə etdikdən sonra 1 həftə ara verilir. Artıq miqdarda istifadə mədəni zədələyə bilər və ürək bulantısı kimi müşahidə edilə bilər. Apteklərdə satılan öskürək dərmanlarının əksəriyyətinin tərkibində qara turp var.

AzNews.az