Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycan əhalisinin 15%-nin 100 min dollardan artıq pulu var

Azərbaycan əhalisinin 15%-nin 100 min dollardan artıq pulu var

“Azərbaycan əhalisinin 15 faizinə yaxın hissəsinin 100 mindən 1 milyon dollara qədər varidatı var. Buraya daşınmaz əmlak, avtomobillər və insana məxsus olan digər obyektlər daxildir”.

Bu barədə “Exo” qəzetinə müsahibəsində Dayanıqlı inkişaf tədqiqat mərkəzinin sədri Nəriman Ağayev deyib.

Ekspertin sözlərinə görə, mənzili olan insanı kasıb adlandırmaq olmaz, çünki onun hər zaman daşınmaz əmlakını sataraq əldə etdiyi vəsaitlə biznes qurmaq imkanı mövcuddur.

“Azərbaycan Respublikası vətəndaşlarının 5%-nin aktivlərinin dəyəri 1 milyon dollardan artıqdır. Əhalinin daha 30%-nin 10 mindən 100 min dollara qədər varidatı var. 10% vətəndaşın isə ümumiyyətlə heç bir aktivi, hətta “ölü kapitalı” belə yoxdur. Belə adamlar illər uzunu kirayədə qalır, belə demək mümkünsə, maaşdan maaşa yaşayırlar. Əhalinin yerdə qalan hissəsinin aktivlərinin həcmi 10 min dollara qədərdir”, – ekspert bildirib.

Onun sözlərinə görə, bir çox MDB dövlətləri ilə müqayisədə Azərbaycanın vəziyyəti elə də acınacaqlı deyil.

“Əlbəttə, bu göstəriciləri ideal adlandırmaq olmaz. Ölkədə iqtisadi böhranın kəskinləşdirdiyi xeyli problem var. Lakin əhali hələlik duruş gətirə bilir”, N.Ağayev deyib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın