Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Araz market” filialının müdiri özünü niyə öldürüb?

“Araz market” filialının müdiri özünü niyə öldürüb?

Bərdə şəhərində “Araz market” filialının müdiri İsgəndərov Tofiq İlham oğlunun intiharının səbəbi məlum olub. Tofiq İsgəndərovun yaxınlarının RePost.Az-a verdiyi eksklüziv məlumata görə, onun marketlər şəbəkəsinə 12 min manat borcu olub. 3 min manatını qaytara bilsə də, 9 min borclu qalıb. Ona borcun qaytarılması üçün  aprelin 15-dək vaxt verilib.  Lakin o, marketin pulunu TOPAZ-da uduzduğundan borcunu ödəyə bilməyib. Çıxış yolunu isə özünü öldürməkdə görüb. Faktla əlaqədar “Araz” marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova RePost.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Əmirova, Tofiqin şirkətə heç bir borcu olmadığını, hadisənin motivinin hüquq-mühafizə orqanı əməkdaşlarının araşdırmasından sonra bəlli olacağını bildirib.  Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …