Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA

Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-nın üzləşdiyi hadisə ilə bağlı onun anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə müraciət edib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, müraciət edən şəxs və yeniyetmə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yönləndirilib: “Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar”.

O.Mansurzadə deyib ki, məsələ ilə bağlı polis bölməsində hazırda araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılsa da, qeyri-etik ifadələr yer aldığı üçün yayımlamırıq. Həmin şəxsin fotosunu təqdim edirik:

ss(3)1555572863

0

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …