Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “AMAY Abdulla”nın qohumlarının məhkəməsi başladı

“AMAY Abdulla”nın qohumlarının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə şəxsə satmaqla dələduzluq etməkdə təqsirləndirilən “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Vəkillər cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 27-də davam etdiriləcək. Təqsirləndirilən şəxslər həbs edilməyib.

“Xudafərin” MMC-yə “AMAY Abdulla” ləqəbi ilə tanınan Abdulla Abdullayev rəhbərlik edib.

Azinforum.az  bildirir ki, məhkəmə qarşısına çıxan şəxslərdən ikisi “AMAY Abdulla”nın yaxın qohumudur.  Nicat Məmmədov və Cavid Qurbanovun  tanınmış iş adamı ilə yaxın qohumluq əlaqəsinə malik olduğu bildirilir. Azinforum.az dəqiqləşdirib ki,  Nicat Məmmədov “AMAY Abdulla”nın bacısı oğludur.

Azinforum.az

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …