Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Akif Çovdarov və dəstəsi Ali Məhkəməyə müraciət etdi

Akif Çovdarov və dəstəsi Ali Məhkəməyə müraciət etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov barələrində olan məhkəmə qərarından kassasiya şikayəti veriblər.

Axar.az xəbər verir ki, Akif Çovdarov və digər vəzifəli şəxslərin kassasiya şikayəti Ali Məhkəməyə daxil olub.

Şikayət araşdırılması üçün hakim İnqilab Nəsirovun icraatına verilib.

Yaxın günlərdə şikayətə baxılması barədə tarix məlum olacaq.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, Akif Çovdarov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib.

Akif Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub. Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …