“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Pirverdiyev “Şərurlu İsfəndiyar”ın şirkəti tərəfindən tikilən yaşayış binasındakı evləri ondan xəbərsiz satıb ümumilikdə 1,9 milyon manat mənimsəməkdə ittiham edilib. O, bu əməlini tək yox, İ.Axundovun yaxın adamı Heydər Əliyevlə birgə törədib. Onlar “Şərur” MMC-yə məxsus Xudu Məmmədov küçəsindəki binadan mənzilləri satıblar.

H.Əliyevin işinə ayrı icraatda baxılıb və ona şərti cəza verilməklə azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Pirverdiyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzanın yüngülləşdirilməsi üçün verdiyi apellyasiya şikayəti təmin edilməyib. Buna görə A.Pirverdiyev kassasiya şikayəti yazıb. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə işə baxılacaq. İlk iclas avqustun 1-nə təyin edilib.