Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Ağdam” restoranın qarşısında “Kalaşnikov” işə düşdü, ölən və yaralanan var

“Ağdam” restoranın qarşısında “Kalaşnikov” işə düşdü, ölən və yaralanan var

Xarkov polisi bu şəhərdəki “Ağdam” restoranının qarşısında avtomatla bir qrup şəxsə atəş açılması hadisəsinin bəzi təfərrüatlarını açıqlayıb.

Bildirilir ki, ilkin məlumata görə əsasən azərbaycanlılardan ibarət olan təxminən 9 nəfərlik kampaniya restorandan çıxarkən onlara yaxınlaşan avtomobildəki naməlum şəxs “Kalaşnikov” avtomatından atəş açıb. Nəticədə 32 yaşlı Azərbaycan vətəndaşı başından güllə yarası alıb, 38 yaşlı Gürcüstan vətəndaşı isə qabırğasından yaralanıb. Azərbaycan vətəndaşı xəstəxanaya aparılarkən yolda ölüb. Atışma zamanı yaxınlıqdakı “Toyota” avtomobilinə də xeyli güllə dəyib.

* * *11:19

Bu gün martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində naməlum şəxs “Ağdam” restoranından çıxan bir qrup “qafqazlıya” avtomatdan yaylım atəşi açıb.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, axşam saat 23.00 radələrində bir qrup “qafqazlı” restorandan çıxarkən onlara avtomobil yaxınlaşıb. Avtomobildəki şəxslərdən biri onlara tərəf avtomatdan atəş açıb və hadisə yerindən uzaqlaşıb. Nəticədə bir Azərbaycan vətəndaşı ölüb, Gürcüstan vətəndaşı olan daha bir nəfər (milliyyəti hələ açıqlanmır) yaralanıb.

Xarkov polisi şəhərdə cinayətkarların axtarışına başlayıb, yollarda postlar qurulub. Güllələnənlərin kimliyi və nə işlə məşğul olduqları haqda məlumat verilmir. Lakin ehtimal olunur ki, hadisə iki mütəşəkkil cinayətkar qruplaşma arasında baş vermiş silahlı “razborka”dır.

Bundan əvvəl Odessada Azərbaycandan olan bir qrup qanqster çoxsaylı silah-sursatla yaxalanmışdı. Onların daha əvvəl silahlı hücum həyata keçirdikləri bildirilir. Təfərrüatlar barədə məlumat verilmir. Son vaxtlar azərbaycanlı mafioz qruplaşmalar Ukraynada nüfuz bölgüsü uğrunda mübarizəyə başlayıblar və göründüyü kimi bu mübarizədə silahlar işə düşür.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …