Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycan gəmi səfərlərini dayandırdı

Azərbaycan gəmi səfərlərini dayandırdı

Bu gün müşahidə olunacaq təhlükəli hava şəraiti ilə bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb.

Bu barədə virtualaz.org-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən məlumat verilib.

Bildirilib ki, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.

Bununla bağlı dənizçilərə xəbərdarlıq edilib. Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan QSC -yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar. Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah Bakıda və Abşeronda güclü və təhlükəli külək əsəcəyini bildirib. Bununla bağlı Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyi vətəndaşlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …