Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ölkə mediasına “küçük” deyən direktor: Fikrimdə qalıram

Ölkə mediasına “küçük” deyən direktor: Fikrimdə qalıram

Jurnalistlərlə bağlı dediyim fikirlərin üzərində dururam, təkzib də etmirəm. Sözlərimi geri də götürməyəcəm.

Bu sözləri Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov Modern.az saytına verdiyi açıqlamada ölkə mediasında çalışan bütün jurnalistləri təhqir etməsi, jurnalistləri “bezdarnı”, savadsız adlandırmasından danışarkən deyib.

Azərbaycanda bir dənə də olsun savadlı jurnalist olmadığını deyən professor bildirib ki, onu ölkə mediasında çalışanları təhqir etməyə elə jurnlaistlər özləri vadar edib. Təhqirlə danışan AMEA direktoru onu bu həddə çatdıran jurnalisti günahkar görüb:

“Açıqlama alırsız, sonra təhrif edirsiz. Konkret size nəzərdə tutmuram, yəni çoxu təhrif edir. Mənim fikrimi öz istədikləri şəkildə qələmə alırlar. Saytlardan biri yazmışdı ki, guya mən açıqlama vermişəm ki, bundan sonra Azərbaycana ümumiyyətlə qar yağmayacaq. Bu qədər yalan olar? Bu mənim fikrimi təhrif etməkdir, mövzunu bilməməkdir, savadsız yanaşmadır”.

Hüquqşünas Səməd Vəkilov Axar.az-a açıqlamasında bildirib ki, R.Məmmədov təhqirə yol verdiyi üçün məsuliyyətə cəlb edilə bilər:

“Ramiz Məmmədovun açıqlamasında təhqir var və bu bütünlükdə Azərbaycan jurnalistikasına şamil edilib. Ölkədə jurnalistika ilə məşğul olan hər bir kəs təhqir olunduğuna görə fərdi qaydada da məhkəməyə müraciət eəd bilər. Ancaq Mətbuat Şurası və Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondu bu məsələyə mütlək münasibət bildirməlidir. Həmçinin hər iki qurum təhqirə görə AMEA direktorunu məhkəməyə verməlidir. Hesab edirəm ki, professor Rami Məmmədov təcili olaraq jurnalistlərdən üzr istəməlidir ki, məsələ hüquqi müstəviyə keçməsin”.

Xatırladaq ki, professor R.Məmmədovdan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib.

“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur. Bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər”, – deyə bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …