Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi – Gəncəli “Qoşu” öz restoranında öldürülüb

Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi – Gəncəli “Qoşu” öz restoranında öldürülüb

Noyabr ayının 4-ü gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, “Qoşu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Gununsesi.info-nun məlumatına görə, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan “Çinar” restoranında baş verib.

Hadisəylə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və “Qoçu” ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …