Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Nəsimi İcra Hakimiyyəti Bayraq Günü Nizami kinoteatrında tədbirlə qeyd etdi – Fotolar

Nəsimi İcra Hakimiyyəti Bayraq Günü Nizami kinoteatrında tədbirlə qeyd etdi – Fotolar

Noyabrın 8–də Bakıda, Nizami kinoteatrında Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bayraq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı Azərbaycanın tanınmış incəsənət xadimləri, C. Naxçıvanski adına hərbi liseyin tələbələri və başqa məktəblərin şagirdləri də iştirak edib. Tədbir bayrağın səhnəyə gətirilməsi ilə açıq elan edilib. Bir dəqiqəlik sükutdan sonra , Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Bədii hissədə Azərbaycan Respublikasının əməkdar artisti, şair Ağamalı Bayramov şeir oxudu. Yadda qalan maraqlı məqamlardan biri də, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun müşayiətil ilə indiyə kimi Azərbaycanın ərazisində qurulmuş tarixi dövlətlərin bayraqlarının səhnəyə gətirilməsi oldu. Tədbirin gedişi ərzində xanəndə Ehtiram Hüseynov, müğənni Elvin Orucov və Sevil-Sevinc Səfərova bacıları öz mahnılarını səsləndiriblər. Tədbir rayonun icra başçısı Asif Əsgərovun çıxışı ilə sona çatdı.

Niftulla Qüdrətoğlu

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …