Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “2016-cı ildə hər məcburi köçkünə 750 manat vəsait sərf olunub” – Əli Həsənov

“2016-cı ildə hər məcburi köçkünə 750 manat vəsait sərf olunub” – Əli Həsənov

“Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 17 faizədək azalıb, 2016-cı ildə hər məcburi köçkünə 750 manat vəsait sərf olunub”.

APA-nın xəbərinə görə, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Heydər Əliyevin ideyaları və dərin islahatlar strategiyası” adlı kitabdakı yazısında qeyd edib. O bildirib ki, 2016-cı ildə məcburi köçkün icmalarına sahibkarlıq fəaliyyətinə başlamaq üçün 2,6 milyon manat məbləğində qrantlar verilib: “Eyni zamanda mikrokredit alt-komponenti çərçivəsində 1900 nəfərdən artıq məcburi köçkünə ümumi məbləği 2,3 milyon manat olan mikro kreditlər, eləcə də 1624 gəncə sahibkarlıq fəaliyyətinə başlamaq üçün 1,3 milyon manat məbləğində alət-avadanlıq qrantları verilib”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın