Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Ərəb jurnalistin yoxa çıxması ilə bağlı daha bir iddia: “Öldürüb, sonra da əridiblər”

Ərəb jurnalistin yoxa çıxması ilə bağlı daha bir iddia: “Öldürüb, sonra da əridiblər”

Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşuqcinin məsələsi, demək olar ki, beynəlxalq müharibəyə səbəb olacaq bir nöqtəyə çatıb. Öncə Türkiyə Prezidenti Ərdoğandan, sonra da ABŞ Prezidenti Trampdan Xaşuqci məsələsilə bağlı Səudiyyə Ərəbistanına çox sərt dillə xəbərdarlıq edən açıqlamalar gəldi. Ardınca da İngiltərə, Fransa və Almaniyaortaq bəyanat yayaraq, Xaşuqci işinin üstünün bir an öncə açılması ilə bağlı öz həssaslıqlarını dilə gətirdilər.

Ancaq buna baxmayaraq, Səudiyyə Ərəbistanı tərəfində inanılmaz bir rahatlıq var. Hadisənin məsuliyyətini üzərlərinə aldıqlarını ifadə edən hər hansı bəyanat verməmələri bir yana, hələ bir bu sərt açıqlamalara da qarşı çıxırlar.

Dünən Ər-Riyaddan verilən açıqlamada Trampın “təhdidlərinin” rədd edildiyi bildirilərək, “atılacaq hər hansı bir addıma qarşı daha böyük ölçüdə” cavab verəcəkləri söylənib.

Sizin nə düşündüyünüzü bilmirəm, lakin səudiyyəlilərin bu hal və davranışları mənə çox anormal gəlir. Daha doğrusu, qəribə gəlir.

Bir düşünün… Camal Xaşuqcinin canlı olaraq son göründüyü yer Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluq binasının önüdür. Ondan sonra adamcığaz yox olub, gedib. Vəziyyət belə olduğu təqdirdə, yəni, adamın son görüntüsü, yeri, zamanı və tarixi aşkarca ortadaykən, Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik icra qrupu kimi bir çox məsələdə bir yığın detal türk polisinin və MİT-in səylərilə ortaya qoyulmuşkən, bu davranışlar insana, həqiqətən, heyrətləndiririci gəlir.

Adamlardakı bu özünəinamı anlamaq olmur. Bu qədər dəlil, məlumat və sənədə rəğmən, “Bu işdə hər hansı bir məsuliyyətimiz yoxdur!” necə deyə bilirlər?

Yaxşı, hazırda bəlkə də öldürdüklərini dəqiq göstərən bir dəlil, isbat yoxdur, ancaq bu gün olmasa da, bir gün o cəsəd mütləq tapılacaq.

Təbii, əgər hadisəni əvvəldən bəri izləyən, Xaşuqcinin yaxın dostu da olan Türk-Ərəb Mətbuat Dərnəyinin sədri Turan Kışlakçının iddia etdiyi kimi, cəsədi turşu ilə əritmədilərsə!

Yalan danışmayacam. “Habertürk”ə danışan Kışlakçının “Öldürdülər, sonra da cəsədini turşu ilə əritdilər!” ifadələrini oxuyanda bu fikirləri həddindən artıq fantastik hesab etmişdim. Və hətta öz-özümə “Yox bir, daha nələr! Çox şişirdilmiş bir ssenaridir!” demişdim. Ancaq sonradan öyrəndim ki, şişirdilmiş deyilmiş…

Hadisəni araşdıran polis və MİT hazırda ciddi şəkildə bu ehtimalın üzərində dururmuş. Yəni, Xaşuqcinin cəsədinin turşu ilə əridilb-əridilmədiyini araşdırırmış…

Bu mövzu ilə bağlı bir sürü şey də anlatdılar, ancaq yazmayacam, çünki onları oxuyunca siz də çox fantastik hesab edəcəksiniz.

Xülasə, hörmətli oxucularım, həqiqətən, belə bir texnikanın, belə bir üsulun olduğunu bilmirəm. Ancaq əgər iddia edildiyi kimi, Xaşuqcinin cansız bədəni turşu ilə əridilərək tamamən yox edilmişdirsə, dünya ilk dəfə belə bir hadisə ilə qarşılaşmış olacaq.

Belə bir deyim var: “Adam buxar oldu”.

Əgər turşu məsələsi doğrudursa, bu deyim də ilk dəfə praktikada tətbiq edilmiş olacaq.

Sevilay Yılman

“Habertürk”, Türkiyə, 15 oktyabr 2018-ci il

(strateq.az)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …