Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Bakcell” mükafata layiq görülüb

“Bakcell” mükafata layiq görülüb

Azinforum.Az: – Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Təhsil Avtobusu-2018” yay məktəbi layihəsinəgöstərdiyi dəstəyə görə mükafatlandırılıb.

Belə ki, XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində keçirilmiş “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimində Bakcell şirkəti layihənin uğurla həyata keçirilməsinədəstək verdiyi üçün təşəkkürnamə ilə təltif olunub.

Azinforum.Az xəbər verir ki, “Təhsil Avtobusu” Yay Məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.“Təhsil Avtobusu – 2018” Bakı şəhərindən yola düşərək Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edib.Ucqar kəndlərdə tikilən modul tipli məktəblər də daxil olmaqla 5 bölgənin 20 kənd, 17 şəhər məktəbindən ümumilikdə 140-a yaxın şagird peşəkar təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi-inkişaf təlimləri və komanda-öyrədici intellektual yarışlarda iştirak edib.

Bakcell artıq ikinci ildir ki, “Təhsil Avtobusu” Yay Məktəbi layihəsinə dəstək göstərir.
Sosial məsuliyyətli şirkət olaraq, Bakcell uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayır.

Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Bakcell şirkəti gənclərin təhsil almasına və karyeraqurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …