Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Əli Heydərov niyə öldürüldü? – İki versiya

Əli Heydərov niyə öldürüldü? – İki versiya

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov fitness-klubda qətlə yetirilib.

“Qafqazinfo”nun “MK”ya istinadən məlumatına görə, azərbaycanlı kriminal avtoritetin qətli ilə əlaqədar müstəntiqlər iki versiyanı nəzərdən keçirir.

İlkin versiyaya görə, “Albert Rıjiy”ı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqələrinə görə ondan intiqam almaq məqsədilə öldürə bilərlər.

“Digər tərəfdən, “Albert Rıjiy”ı digər kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) gizli sifarişçisi hesab edə bilərlər. Hər iki “qanuni oğru” “Ded Xasan”ın (Aslan Usoyan) ölümündən sonra onun şəriki sayılmaq hüququ uğrunda bir-biri ilə düşmənçilik edirdilər. Bu düşmənçilik Səlifovun ölümündən sonra da səngimədi”, – deyə nəşrdə qeyd olunur.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …