Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Rusiya Türkiyə ilə uçuşları siyasi səbəbdən dayandırıb? – Açıqlama

Rusiya Türkiyə ilə uçuşları siyasi səbəbdən dayandırıb? – Açıqlama

Kremlin sözçüsü Dmitri Peskov Türkiyəyə uçuşların dayandırılması qərarının Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankara səfəri ilə hər hansı əlaqəsi olmadığını bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Peskov bu qərarın epidemioloji vəziyyət səbəbindən verildiyini söyləyib.

“Bu qərar təhlükəli epidemioloji vəziyyətdən qaynaqlanır”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya Türkiyə ilə əvvəlcə çarter reysləri, daha sonra isə müntəzəm uçuşları aprelin 15-dən iyunun 1-dək dayandırıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …