Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Əmanətçilərə kompensasiya ödəniləcək – RƏSMİ

Əmanətçilərə kompensasiya ödəniləcək – RƏSMİ

Azərbaycanın Mərkəzi bankı tərəfindən lisenziyaları geri çağrılan altı bankın əmanətçilərinə ümumi həcmi 70 milyon manat olan kompensasiya ödəniləcək.

Bu barədə Trend-ə Azərbaycan Əmanətləri sığortalama fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

“Kompensasiyaların ödənilməsi ilə bağlı bizdə heç bir problem yaranmayacaq, çünki onların həcmi 70 milyon manat təşkil edir, Fondun sərəncamında olan vəsaitlər isə 130 milyon manatdır”- deyə o bildirib.

Cavadovun sözlərinə görə, artıq kompensasiyaların ödənilməsini həyata keçirəcək üç agent-bank seçilib – Muganbank, Rabitabank və Unibank.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın