Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Əhalinin banklarda olan əmanətləri qorunacaq

Əhalinin banklarda olan əmanətləri qorunacaq

Devalvasiyadan sonra əhalinin banklardakı əmanətlərinin tam olaraq qorunması məsələsi gündəmə gəlib.
ANS-in məlumatına görə, bununla bağlı Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası təkliflər hazırlayaraq hökumətə təqdim edib. Təkliflərin həyata keçməsi üçün müəyyən vaxt qoyulub. 3 il ərzində əhalinin bütün əmanətləri qorunacaq.

Əhalinin əmanətlərinin qorunması sisteminin möhkəmləndirilməsi barədə tapşırığı dövlət başçısı gələn ilin büdcəsi ilə bağlı qanunun qüvvəyə minməsinə dair fərmanda qeyd edib. Sənəddə bu təkliflərin prezidentə təqdim olunması üçün 1 ay vaxt təyin edilib. Artıq həmin təkliflər hazırdır və banklarla da müzakirə olunub.
Sənədin ilin sonuna qədər imzalanması nəzərdə tutulur. Əgər bu təkliflər qəbul olunarsa, onda əhalinin banklarda olan bütün pulları 100% qorunmuş olacaq. Fevralda baş verən devalvasiyadan sonra insanlar banklarda olan əmanətlərinin böyük bir hissəsini dollara çevirib. Hazrıda fiziki şəxslərin əmanətlərinin 24%-i manatda, qalanı xarici valyutadadır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın