Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Əhali 7 ayda məhsul və xidmətlərə 24 milyard manat xərcləyib – RƏSMİ

Əhali 7 ayda məhsul və xidmətlərə 24 milyard manat xərcləyib – RƏSMİ

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 24,2 milyard manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 1,7 faiz üstələyərək 23,2 milyard manata bərabər olub, 50,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın