Şənbə , Aprel 27 2024
Ana səhifə / Köşə Yazarları / Xarici KİV nümayəndələri Cocuq Mərcanlıda

Xarici KİV nümayəndələri Cocuq Mərcanlıda

Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələrinin Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, səfərdə “Associated Press, “Reuters”, “Anadolu”, “RiA Novosti”, “İnterfax” agentliklərinin, Türkiyənin TRT kanalının, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumlarının və digər KİV nümayəndələri olmaqla, 30 nəfərə yaxın media nümayəndəsi iştirak edir.

H.Hacıyev bildirib ki, 1 günlük səfər zamanı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi , Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və yerli icra strukturlarının nümayəndələri tərəfindən xarici jurnalistlərə ətraflı məlumat veriləcək.

“Səfər prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər planı haqqında imzaladığı sərəncamdan irəli gələrək həyata keçirilir.

Cocuq Mərcanlı kəndində görüləcək işlər barədə xarici KİV-lərin jurnalistləri məlumatlandırılacaq və onları maraqlandıran suallara cavab veriləcək. Onlar işğal nəticəsində Ermənistanın Cocuq Mərcanlı kəndini tamamilə viran etməsini öz gözləri ilə görəcəklər. Həmçinin onlar kənddə minalardan təmizlənmə fəaliyyəti ilə tanış olacaqlar”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın