Şənbə , Aprel 27 2024
Ana səhifə / Köşə Yazarları / UŞAQ PULU PROBLEMİ: obyektiv tələbə qarşı subyektiv dirəniş

UŞAQ PULU PROBLEMİ: obyektiv tələbə qarşı subyektiv dirəniş

Son zamanlar ölkədə uşaq pulu məsələsinin bu qədər aktuallaşmasının əsas səbəbi 2006-cı ildən ölkədə tətbiq olunan ünvanlı sosial yardımın 3 əsas prinsipindən biri olan ÜNVANLILIQ prinsipinin (digərləri bərabərlik və ədalətlilik) əvvəlcə müslümov səlim tərəfindən, sonra isə babayev sahil tərəfindən ayaq altına atılmasıdır. Bazar iqtisadiyyatı şəraitində labüd olaraq bu sistemin öz təbiətindən doğan disproporsiyalar, o cümlədən, əhalinin sosial təbəqələşməsinə gətirib çıxaran sosial disproporsiyalar yaranır.

Belə olan halda əhalinin sosial müdafiəsi sahəsində ünvanlı mexanizmlərin tətbiqinə böyük ehtiyac yaranır. Ünvanlı dövlət sosial yardımı mexanizmi də bazar iqtisadiyyatı şəraitində yaranan sosial disproporsiyaların yaratdığı neqativ təsirləri müalicə edən əsas vasitələrdən biri hesab olunur. 2006-cı ildə ölkəmizdə də uşaq pulu o arqumentlə ləğv olundu ki, bəs həm onun məbləği azdır, həm də ehtiyacı olmayan imkanlı insanlara da verilir. Bundansa əhalinin sosial müdafiəsi üçün ancaq imkansız insanlara veriləcək ünvanlı sosial yardım daha effektlidir. Bu məntiqli arqumentlə uşaq pulu ləğv olunaraq əvəzində ünvanı dövlət sosial yardımı mexanizminin tətbiqinə başlanıldı.
Nə pis ki, bu cür innovativ mexanizmin üzərinə bəzi işbazların korrupsiya tamahları ucbatından böyük bir ləkə düşdü. Sosial sahədə 6 ay sənin 6 ay mənim termini yarandı. Amma ilk illərdə hətta bu vəziyyətdə belə verilən yardımlar heç də effektsiz olmadı. İmkanlı adamların pul verib alması ilə yanaşı, imkansız adamlara da bu yardımlar təyin olunurdu. İmkanlı adamdan pul alıb ona yardım təyin edən işçi imkansızın şikayətindən qorxaraq bunu edirdi. Sonra isə meydana pafosmen müslümov səlim gəldi. Hay küy saldı ki, bəs elektronlaşdırma aparmaqla bu sistemdən rüşvəti aradan qaldıracaq. 5 il bu məsələ ilə bağlı manipulyasiya edib, özünün korrupsiya piramidasını rahatca sürdü. Sonra babayev sahil gəldi. Ünvanlı sosial yardımla bağlı xalqın xeyrinə heç bir yenilik baş vermədi, əksinə daha da pisləşdi – sosial yarımı almaq mümkünsüz bir işə çevrildi, əhatə dairəsi dəfələrlə azaldı. Məsələnin dəhşətinə baxın ki, babayev sahil bəyan edir ki, 1000 nəfər ünvanlı sosial yardım alanın yardımı kəsiləcək, ona görə ki, onlar işlədikləri yerdən işdən çıxıblar, yəni işsizdirlər. Paradoksa baxın, bütün dünyada maddi durumu zəif olan işsizə yardım verirlər ki, sosial vəziyyəti daha da pisləşməsin, bizdə isə babayev sahil işdən çıxarılan işsizin yardımını da kəsir ki, qoy birdəfəlik nəfəsi kesilsin. Bax belə olan halda ünvanlı sosial yardım almaqdan ümidini itirən kasib insanlar çıxış yolunu haqlı olaraq yenidən uşaq pulunun bərpasında görürlər. İki yol qalır:

1. Ünvanlı dövlət sosial yardımda ünvanlılıq prinsipini diriltmək və onun əhatə dairəsini genişləndirmək;
2. Ünvanlı dövlət sosial yardımı birdəfəlik ləğv edib, ona ayrılan pulu da uşaq pulunun verilməsinə yönəltmək.
Babayev sahilin “uşaq pulunun verilməsi çox pul tələb edir” deyiminin isə heç bir iqtisadi əsası yoxdur. Deyir 2,7 milyon 18 yaşına qədər uşağa 100 manat uşaq pulu vermək üçün hər il 3,3 milyard pul lazımdı. Olsun. İndiki büdcəmizlə bunu təmin etmək olar. Vermək olmursa, 50 manatdan, 8 yaşına qədər vermək olar. Bunun üçünsə 700-800 milyon pul bəs edər. Görünən odur məsələ pul məsələsi deyil, problem başqadır. Babayev sahil bilir ki, uşaq pulu tətbiq olunsa, o qanunla təsbit olunan hüquq kimi olacaq, ünvanlı sosial yardımda olduğu kimi işçiləri vətəndaşın ünvanına göndərib onlarla bazarlığa getmək məsələsi olmayacaq. Ona görə yuxarılarda uşaq pulunun tətbiqinin ziyanlı olduğunu əsaslandırır.
Uşaqların babayev sahillə mübarizə aparmaq imkanları olmasa da onları yaradan Allahları var və bir gün gücünü inşaAllah ona göstərər.

Firdovsi Şahbazov

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …