Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / “Sabiq MTN-nin xanım generalı məhkəməyə verilə bilər” – Jurnalistlər tərəfindən…

“Sabiq MTN-nin xanım generalı məhkəməyə verilə bilər” – Jurnalistlər tərəfindən…

Ələsgər Məmmədli: “Rədd ol” ifadəsi təhqir kimi qəbul olunur və hədələmək kimi də dəyərləndirilə bilər”

Sabiq MTN generalı Natəvan Mürvətova ötən gün mhkəmə zalından çxıan zaman ona sual ünvanlayan jurnalistlərə “rədd ol” ifadəsi ilə cavab verib. Maraqlıdır, sabiq MTN generalı media təmsilçilrinə dediyi bu sözə görə məhkəməyə verilə bilərmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədov bunun tamamilə mümkün olduğunu vurğuladı:
“Əlbəttə ki, onu bu sözünə görə məhkəməyə vermək mümkündür. “Rədd ol” ifadəsi təhqir kimi qəbul olunur. Jurnalistlər öz peşə fəaliyyəti ilə məşğuldur və onların işi müsahibələr almaq, müxtəlif məsələlərə aydınlıq gətirməkdir. Bu baxından MTN generalının hörmətsiz davranışı, jurnalistləri təhqir etməsi Cinayət Məcəlləsi ilə mübahisələnə bilər və konkret şəkildə bu ifadə hansı jurnalistə ünvanlanıbsa, o, bununla bağlı məhkəməyə müraciət edə bilər. Onun jurnalistlərə bu cür kobud cavab verməsi media əməkdaşlarını hədələmək kimi də dəyərləndirilə bilər”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın