Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Elnur Məhərrəmlinin məhkəməsi təxirə salınıb

Elnur Məhərrəmlinin məhkəməsi təxirə salınıb

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə iddiası üzrə hazırlıq iclası növbəti dəfə təxirə salınıb. Hazırlıq iclası bu gün Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilməli idi.

Ötən həftə E.Məhərrəmli dövlətin təyin etdiyi vəkildən imtina etmiş, yeni vəkillə müqavilə bağlanması üçün hakimdən prosesi təxirə salmağı xahiş eymişdi. Sonrakı günlər qeyri-iş günü olduğundan, yeni vəkillə – Elçin Sadıqovla bu gün müqavilə bağlamaq mümkün olub. Elə bunu əsas gətirən vəkil, işlə ətraflı tanış olmasına şərait yaradılması üçün hakimdən hazırlıq iclasını təxirə salmağı xahiş edib. Hakim Habil Məmmədov iclası oktyabrın 2-si saat 17-00-dək təxirə salıb.

Xatırladaq ki, BDYP rəisi AzPolitika.info saytının 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib.

E.Məhərrəmli isə DYP rəisinin bu tələbini AzPolitika-ya təzyiq cəhdi hesab edir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın