Şənbə , Aprel 27 2024
Ana səhifə / Köşə Yazarları / “Bütün mətbuat orqnaları səhv məlumatlar verirdilər” – Oqtay Əsədov mətbuatı qınadı

“Bütün mətbuat orqnaları səhv məlumatlar verirdilər” – Oqtay Əsədov mətbuatı qınadı

“Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az-ın xəbərinə görə, Milli Məclis sədrini birinci müavini Ziyafət Əsgərov məlumat verərək qeyd edib ki, sözügedən konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır: “Biz həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edildi. İndi həmin məsələni müzakirəyə çıxarmışıq. Düzəlişlərə müvafiq olaraq konvensiyanın preampulası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub. Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, həmçinin föhqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və s. məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza uyğundur”. Deputat Bəxtiyar Əliyev bildirib ki Ermənistan tərəfindən atom elektrik stansiyasının tullantılarının işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdə basdırılır. “Azərbaycanın təkidi ilə ATƏT-in Fakt Araşdırıcı Missiyası orada olub və bu faktın mümkünlüyünü qeyd edib. Ermənistan silhalı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Orada narkotik maddələrin hazırlanması, terror dəstələrin yetişdirilməsinə beynəlxalq təşkilatlar reaksiya verməlidir. Bu təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir”. Deputat qeyd edib ki, Azərbaycan bu konvensiyaya düzəlişi qəbul etməklə sülhün, sabitliyin tərəfdaşı olduğunu göstərib. “Azərbaycan bölgədəki münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, lakin güc tətbiq edilərsə, cavab verməyə də hazırdır”. Deputat Azay Quliyev konvensiyaya düzəlişin, yaxın zamanlarda Vaşinqtonda 4-cü Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcəyi ərəfədə edildiyini xatırladıb . “Prezident həmin sammitdə iştirak edəcək. Bu ilk növbədə onun göstəricisidir ki, Azərbaycan təhlükəsizlik sistemində əsas ölkələrdən biridir. Azərbaycan Prezidentinin belə bir tədbirdə iştirakı Azərbaycan dövlətçiliyinə münasibət və Azərbaycan Prezidentinin beynəlxalq miqyasda qazandığı qiymətdir”. Deputat həmçinin dünən Prezident tərəfindən imzalanan əfv sərəncamının humanist addım kimi qiymətləndirib. “Bu sərəncamın əhəmiyyəti ondan ibarətdir ki, hüquq müdafiə təşkilatlarının siyahılarında yer alan insanlar da əfv edilib. Bu böyük humanist addımdır. Bu onu göstərdi ki, istənilən problem dialoqla həll edilə bilər. Bu, işçi qrupuna böyük etimadı göstərir. Bu şəxsləri əfv etməklə göstərildi ki, yalnız və yalnız hər hansı məsələnin həlli ilə bağlı dövlətə və dövlət başçısına etimad göstərilməlidir. Xaricdən kömək gözləməməlidirlər. Xarici təşkilatlar ölkənin daxili işinə qarışa bilməz. ATƏT-in prezidenti, AŞPA-nın prezidenti və digər beynəlxalq təşkilatlar bu əfv sərəncamını çox yüksək qiynmətləndirdilər”. Spiker Oqtay əsədov Əfv sərəncamının dünən mətbuat orqanlarında geniş işıqlandırılmasına diqqət çəkməklə yanaşı, eyni zamanda Milli Məclisin iclası ilə bağlı yazılan səhv məlumata da reaksiya verib. “Milli Məclis ayda iki dəfədən az olmayaraq iclas keçirə bilər. İclasa bir məsələ də daxil edilə bilər, beş məsələ də. Xüsusi və ya növbədənkənar iclasın da keçirilməsi nə deməkdir? Növbədənkənar iclas sessiya qapandıqdan sonra çağırıla bilər. Əgər sessiya müddəti bitməyibsə ay ərzində iclaslar keçirilə bilər. Amma dünən bütün mətbuat orqnaları səhv məlumatlar verirdilər. Çoxları fikirləşdi ki, yəqin aləm dağılıb. Hər məsələni də belə şişirtmək olmaz”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın