Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Köşə Yazarları / Tanınmış qəzetlərdən biri rəsmən ləğv olunub

Tanınmış qəzetlərdən biri rəsmən ləğv olunub

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.

APA-nın məlumatına görə, “Paritet” qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.

Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Azərbaycan Mətbuat Şurasının üzvü olan qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.

Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın