Ana səhifə / Kriminal / Dövlət büdcəsinin “qara dəliyi” – Pulu belə yeyirlər…

Dövlət büdcəsinin “qara dəliyi” – Pulu belə yeyirlər…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən qanunsuzluqlar və ünvanlı sosial yardımın təyin olunmasındakı maxinasiyalardan xəbərdar olan müəllif gunxeber.com-a məqalə göndərib.

Həmin məqaləni təqdim edirik.

Son zamanlar “MTN işi” ilə bağlı ölkəmizdə yaranan vəziyyət bir daha sübut etdi ki, ictimai nəzarətdən və tənqidi medianın diqqətindən kənarda qalan dövlət strukturlarında yaranan arxayınlıq son nəticədə böyük qanun pozuntularına və cinayətlərə yol açır. Adətən belə hallar həmin strukturların rəhbərlərinin təzə təyin edildiyi vaxtlarda dövlət başçısının yüngülvari tərifləmələrindən sonra daha da şiddətlənir. Başqa sözlə prezidentin tərifindən sonra bu strukturların rəhbərləri toxunulmazlıq hüququ aldıqlarını zənn edirlər. Belə sahələrdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.(bundan sonra ƏƏSMN).Hesab edirik ki, 2 ildən artıqdır nazir vəzifəsini daşıyan Səlim Müslümovun fəaliyyətinə obyektiv qiymət verməyin zamanıdır. Biz bu yazımızda cənab Müslümovun Ünvanlı Sosial Yardımla bağlı həyata keçirdiyi və həyata keçirməyi planlaşdırdığı işlərə münasibət bildirəcəyik. Birinci növbədə yardım təyin edilməsində guya şəffaflıq yaradılması haqqında Müslümovun publikaya hesablanmış çıxışına nəzər salaq. Səlim müəllim rayonların birində vətəndaş qəbulu zamanı işçisinə deyir ki, 2 ildir əlləşirəm sizinlə bacarmıram. Sual meydana çıxır? Həmin kadrları kim təyin edib ? Axı siz nazir təyin edilən kimi ağına bozuna baxmadan əvvəlki nazirin dövründə işləyən kadrları aparat rəhbərinin-dil ədəbiyyat müəllimi ixtisaslı Əjdər Cəbiyevin əlilə pərən-pərən saldınız. Nazir təyin olunandan sonra keçirdiyiniz ilk iclasda “vurulmuş kartlarla oynamırlar.

Yəqin ki hamınız gedəcəksiniz “ deyən bu ”xalqın böyük şairi “çox keçmədən keçmiş nazir Füzuli Ələkbərovun üzünü bir dəfə görməyən kadrları belə onunla əlaqədə olmaqda günahlandıraraq işdən azad edilmə ərizələri yazmağa məcbur etdi. Halbuki, həmin kadrların çoxu hələ Əli Nağıyev nazir olarkən müsabiqə ilə işə qəbul edilmişdi. Ən qəribəsi onda idi ki, yüzlərlə insanın günahsız yerə işdən çıxarılması S.Müslmov tərəfindən ölkə rəhbərliyinə və ictimayyətə sistemin təmizlənməsi kimi qələmə verildi. Amma həmin kadrların yerinə kimlərin təyin edilməsi haqqında ictimaiyyətə heç bir məlumat verilmədi. Halbuki boşaldılmış həmin vəzifələr kütləvi surətdə Dövlət Sosial Müdafiə Fondunun işçilərinin transferi hesabına dolduruldu. Bir sıra hallarda isə əvvəlki nazir F.Ələkbərov tərəfindən yaratdığı şikayətlərlə bağlı işdən çıxarılmış kadrlardan istifadə olundu. Məsələn, S. Müslümovun özünün xüsusi bir şou düzəldərək işdən çıxardığı Ağcabədi rayon “sobez”inin direktorunu 2013-cü ildə F. Ələkbərov həmin vəzifədən şikayətlərin çoxluğuna görə azad etmişdi və həmin şəxsi Müslümov təkrar həmin vəzifəyə qaytardı. Və yaxud bu yaxınlarda Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilmiş 5 saylı TSEK-in sədri Fəsad Mustafayevi vaxtilə F. Ələkbərov 17 saylı TSEK-in sədri vəzifəsindən qovmuşdu. Belə çıxır ki, cənab Müslümovun kadrları ƏƏSMN-DƏ VƏ DSMF-də işləyən zaman rüşvətxorluqla məşğul olurmuş və bu kadrları elə bu qabiliyyətlərinə görə özü ilə bərabər yeni təyin olunduğu struktura gətirib.

Qeyd edək ki, bu həqiqətən belədir. Coxu müsabiqəsiz yalnız müqavilə yolu ilə DSMF-na təyin edilmiş kadrların pensiya təyin edilməsindəki maxinasiya və rüşvətxorluqları barədə gələn yazılarımızda danışacağıq . Hələlik isə qayıdaq S. Müslümovun məlum müsahibəsinə . Həmin müsahibədə cənab nazir bildirir ki, hazırda nazirlik sistemində rüşvətxorluq olsa da korrupsiya yoxdur, çünki, korrupsiya üçün nazirlik səviyyəsində sistem yaradılmalıdır. Belə sistem isə nazirlikdə yoxdur. Hörmətli Səlim müəllim sizin nazirliyin və Dövət Statistika Komitəsinin rəsmi internet saytlarından götürdüyümüz məlumatlar əsasında demək olar ki, sizin nazirlikdə belə bir sistem var və var gücü ilə işləyir. Əvvəlcə onu qeyd edək ki, Ünvanlı yardım alanların sayı və bu məqsədlə ayrılan vəsait yoxsulluq səviyyəsinə görə ilin əvvəlindən büdcədə nəzərdə tutulur, və hər ay büdcədən bu nazirliyin hesabına köçürülür. Nazirlik isə həmin məbləği və sayı ölkənin bütün rayonları arasında yoxsuluq faizinə və rayonun əhalisinin sayına uyğun bölüşdürməlidir. Aşağıdakı cədvəl isə sübut edir ki, varlığını inkar etdiyiniz həmin sistem vəsait bölgüsünü əsl korrupsiya mənbəyinə çevirib.
Rayonlar ÜSY alan ailələrin sayı Üsy alan ailə üzvlərinin sayı Əhalinin sayı faizlə nisbəti
1 Nəsimi 1048 4821 215600 2,24
2 Binəqədi 3210 14766 251500 5,87
3 Xəzər 3262 15005 158200 9,48
4 Abşeron 2300 10580 197700 5,35
5 Astara 1091 5019 101200 4,96
6 Ağdam 1601 7365 185300 3,97
7 Ağdaş 1648 7581 103300 7,34
8 Ağcabədi 1712 7875 127300 6,19
9 Ağstafa 438 2015 82700 2,44
10 Ağsu 1008 4637 74100 6,26
11 Səbail 346 1592 94700 1,68
12 Balakən 1299 5975 93000 6,43
13 Beyləqan 1307 6012 91110 6,60
14 Biləsuvar 1036 4766 94000 5,07
15 Bərdə 2216 10194 148100 6,88
16 Qazax 1331 6123 92000 6,66
17 Qax 800 3680 54500 6,75
18 Qobustan 543 2498 42500 5,88
19 Quba 2084 9586 159300 6,02
20 Qubadlı 305 1403 37700 3,72
21 Qusar 1201 5525 91500 6,04
22 Nərimanov 1384 6366 169600 3,75
23 Qəbələ 992 4563 98600 4,63
24 Daşkəsən 490 2254 33500 6,73
25 Şabran 563 2590 54700 4,73
26 Cəbrayıl 201 925 74200 1,25
27 Cəlilabad 2247 10336 202000 5,12
28 Zaqatala 1874 8620 122400 7,04
29 Zəngilan 305 1403 41300 3,40
30 Zərdab 577 2654 55400 4,79
31 İmişli 1406 6468 120100 5,39
32 İsmayıllı 1050 4830 82400 5,86
33 Nizami 1275 5865 188300 3,11
34 Yardımlı 847 3896 61500 6,34
35 Yevlax 1651 7595 122300 6,21
36 Kürdəmir 1216 5594 108800 5,14
37 Kəlbəcər 159 731 85200 0,86
38 Laçın 228 1049 72200 1,45
39 Lerik 928 4269 78700 5,42
40 Lənkəran 2380 10948 215800 5,07
41 Masallı 2684 12346 208900 5,91
42 Mingəçevir 1309 6021 99700 6,04
43 Naftalan 125 575 9400 6,12
44 Yasamal 1856 8538 240100 3,56
45 Netçala 935 4301 83200 5,17
46 Oğuz 543 2498 41700 5,99
47 Saatlı 1219 5607 98700 5,68
48 Sabirabad 1726 7940 161900 4,90
49 Salyan 1467 6748 128100 5,27
50 Samux 780 3588 55600 6,45
51 Siyəzən 482 2217 39400 5,63
52 Sumqayıt 4307 19812 325300 6,09
53 Tovuz 2121 9757 164500 5,93
54 Suraxanı 2141 9849 207000 4,76
55 Tərtər 1185 5451 100200 5,44
56 Ucar 935 4301 81800 5,26
57 Fizuli 431 1983 121500 1,63
58 Göygöl 994 4572 59900 7,63
59 Xaçmaz 2110 9706 166800 5,82
60 Xocavənd 133 612 42400 1,44
61 Xocalı 32 147 27000 0,55
62 Xızı 166 764 15500 4,93
63 Şamaxı 1129 5193 96900 5,36
64 Şuşa 262 1205 30900 3,90
65 Sabunçu 2236 10286 231300 4,45
66 Şəki 1972 9071 177500 5,11
67 Şəmkir 2461 11321 201400 5,62
68 Hacıqabul 788 3625 69100 5,25
69 Goranboy 1355 6233 98100 6,35
70 Göyçay 1366 6284 113500 5,54
71 Gədəbəy 1223 5626 96000 5,86
72 Gəncə 3460 15916 323000 4,93
73 Şirvan 928 4269 80900 5,28
74 Xətai 2316 10654 261900 4,07
75 Qaradağ 1276 5870 114400 5,13
76
77 98012 450855 8855810 5,09
Qeyd: ÜYS – Ünvanlı Sosial Yardım

Cədvəldən göründüyü kimi yardım alanların ümumi sayının ölkə əhalisinin sayına nisbəti 5,09 faiz olmaqla elan olunmuş yoxsulluq həddi səviyyəsindədir. Amma rayonlar üzrə yaranan fərqlər həqiqətən adamı dəhşətə gətirir. Məsələn necə ola bilər ki, Abşeron rayonunda yoxsulluq həddi 5,35 faiz amma təxminən eyni sosial-iqtisadi göstəricilərə malik olan Xəzər rayonunda bu rəqəm 9,48 faiz olsun. Və yaxud nə vaxtdan Zaqatala rayonu Daşkəsən rayonundan kasıb rayon hesab olunur. Bəlkə cənab Müslümov bununla dövlət başçısının elan etdiyi göstəricilərə şübhə edir? Cədvələ baxıb belə misalları çox çəkmək olar. Qısaca desək nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin rəhbərliyi ilə aparılan bu cür qanunsuzluğa korrupsiyadan başqa nə ad vermək mümkün deyil. Elementar iqtisadi təfəkkürü olmayan bu şəxs rayon “sobez”-lərinə ünvanlı yardım satmaqla,kadr alverietməklə məşğuldur.Nəticədə Nazirlikdə aparılan bu cür qeyri obyektiv bölgü yerlərdə hər bir rayonun kəndlərinə münasibətdə də özünü göstərir. Belə ki, hansı kənddə imkanlı şəxslər çoxdursa həmin kəndlərdə yardım alanlar da çox olur. Şikayət edən həqiqi aztəminatlı ailələr isə məhkəmələrin əli ilə susdurulur. Araşdırsaq bu faktlar əlilliyin təyin edilməsi sahəsində daha çox müşahidə olunar.

Nəhayət S. Müslümovun məlum müsahibəsində qeyd etdiyi kimi yardımların planşetlər vasitəsilə müayinə apardıqdan sonra nəticəyə uyğun təyin edilməsi haqqında qısaca danışaq. Görəsən cənab nazir deyə bilərmi bu “sehrli” planşetlər əhalinin qeyri-rəsmi gəlirlərini,xarici dövlətdən qeyri rəsmi yolla ailəyə göndərilən pul vəsaitlərini, ailənin faktiki mülkiyyətində olan amma rəsmiləşməyən əmlakını, mal qarasını necə müəyyən edəcək? Bu yeni “kəşf” müraciət edən ailələrin tərkibində rəsmi olaraq mövcud olan ancaq faktiki başqa ünvanda yaşayan üzvləri və ya tam əksinə olan variantları aşkarlaya biləcəkmi? Bu barədə kifayət qədər çoxlu suallar var. Yalnız onu deyə bilərik ki, cəmiyyət yeni bir bahalı “Planşet” əməliyyatı və bu əməliyyatda qazanılan külli miqdarda büdcə vəsaitinin oğurlanmasına şahidlik edəcək
Gələn yazılarımızda dövlət büdcəsinin “qara dəliyi” olan əmək pensiyalarının təyinatı və ödənilməsi sahəsində yol verilən qanunsuzluqlar haqqında və ünvanlı sosial yardımların məbləğləri hesablanarkən istifadə olunan maxinasiyalar haqda məlumat verəcəyik.

Məqalə ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın