Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Köşə Yazarları / “Reket qəzetlər” MTN-in antisahibkarlıq əməliyyatlarında çirkli şəbəkə elementinə çevrilib

“Reket qəzetlər” MTN-in antisahibkarlıq əməliyyatlarında çirkli şəbəkə elementinə çevrilib

Azər Həsrət: “Hətta çox ciddi informasiyalarımız olurdu ki, həmin jurnalistlər peşə fəaliyyətinə uyğun gəlməyən işlərlə məşğul olublar”

“Ümid edirik ki, MTN-in yeni rəhbərliyi həmin jurnalistlərin aşkarlanaraq cəzalandırılmasına nail olacaq”

MTN ətrafında cərəyan edən proseslər yeni sürprizlər vəd edir. Məlum olur ki, ölkənin ən ciddi qurumunun adı ilə pərdələnən bəzi yüksək rütbəli əməkdaşlar öz şəxsi mənafelərini təmin etmək üçün bütün çirkin vasitələrdən istifadə ediblər.
Qurumun əzəmətindən qorxan zərəçəkənlər ilə bu barədə heç nə danışamayıb. Hazırkı situasiya onları danışmağa sövq edir. Zərərçəkənlərin böyük bir qismi iş adamlarıdır. Onlar ifadələrində hansı növ dəhşətli təzyiqlərə düçar olduqlarından danışırlar. İşin ən maraqlı tərəfi isə MTN-in ifşa olunan əməkdaşlarının öz çirkin niyyətlərini həyata keçirmək üçün bəzi “jurnalistlərin” əməyindən istifadə etməsinə dair iddiaların ortaya çıxmasıdır. Gedən ictimai müzakirələrdən bəli olur ki, sən demə, MTN himayəsində olan bəzi jurnalistlərə məlumatlar verirmiş. Məsələ ictimailəşəndən sonra isə barəsində yazılan adamların başıüzərini “qara buludlar” alırmış. Hazırda yayılan xəbərlərə görə, həmin jurnalistlər barəsində də kifayət qədər bilgi var və yaxın günlərdə onların da məsuliyyətə cəlb ediləcəyi gözlənir.
Adını jurnalist qoymuş şəxslərin belə qaranlıq işlərlə məşğul olması onların peşə əxlaqına uyğundurmu?
Media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, bu tip hərəkətlər nəinki peşə əxlaqına, ümumilikdə əxlaqa ziddir:

“Bu, eyni zamanda bir qanunsuzluqdur. Biz Mətbuat Şurasının üzləri olaraq, belə halları tez-tez görürdük. Hətta çox ciddi informasiyalarımız olurdu ki, həmin jurnalistlər peşə fəaliyyətinə uyğun gəlməyən işlərlə məşğul olublar. Ancaq tam dəqiq araşdırmaq bizim gücümüz xaricində idi. Bəzən görürdük ki, onları Mətbuat Şurasına çağıranda özlərini çox arxayın aparırlar. İndi bəlli olur ki, bunların arxasında MTN-dən olan böyük məmurlar durur. Ümid edirik ki, MTN-nin yeni rəhbərliyi həmin jurnalistlərin aşkarlanaraq cəzalandırılmasına nail olacaq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın