Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Köşə Yazarları / Qadın jurnalist qətlə yetirildi

Qadın jurnalist qətlə yetirildi

Meksikada bir müddətdir yoxa çıxan foto-jurnalistin cəsədi Mexiko şəhərindəki mənzildə odlu silahdan açılan atəş nəticəsində öldürülən 5 nəfərin cəsədi arasından tapılıb.

ANS PRESS-in məlumatına görə, mərhum Ruben Espinosa araşdırmaçı jurnal olan “Proceso” üçün çalışırdı.

Onun cəsədini bacısı tanıyıb. Üzərində iki güllə yarası olan cəsəd paytaxt Mexikonun Narvarte məhəlləsində olan mənzidə 4 qadın cəsədi ilə birgə tapılıb.

Jurnalist Ruben Espinosanın qətli ölkədə səs-küy yaradıb, insanlar jurnalın baş qərərgahı qarşısında həmrəylik göstərib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Espinosa Meksikanın cənub-şərqində Verakruz şəhərindəki evində və iş yerində naməlum şəxslər tərəfindən təhdidlərə məruz qalmışdı. Daha sonra o yoxa çıxmışdı. Onun gizləndiyi bildirilirdi.

Verakruz jurnalistlərin üçün təhlükəli yer olub. Jurnalistləri Müdafiə Komitəsinin hesabatına əsasən 2010-cu ildən bəri orada 11 jurnalist qətlə yetirilib. Onu da bildirək ki, qətllərin hamısı qubernator Havyer Duartenin dövründə olub. Burada silsilə qətllərdən sonuncusu cəmi bir ay əvvəl baş verib.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın