Bu gündən etibarən parlamentə KİV-in akkreditasiyası başlayır.
Hər sessiyada olduğu kimi, bu dəfə də Milli Məclisin iclaslarını yaxından izləmək üçün KİV əməkdaşları parlamentdə akkreditasiyadan keçməlidirlər.
AzVision.az xəbər verir ki, sentybarın 1-dən başlayaraq 15-dək jurnalistlərin qeydiyyatı ilə bağlı müraciət məktubları qəbul olunacaq. Bundan sonra məktublara baxılacaq.
Qeyd edək ki, avqustun 30-da Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb. Payız sessiyasında komitə iclaslarının sentyabrın 12-dən keçirilməsinə başlanacaq.
Milli Məclisin payız sessiyasının sentyabrın 30-da başlayacağı gözlənilir.