Bazar , Oktyabr 25 2020
Ana səhifə / Köşə Yazarları / Nadir Əzməmmədov: “İşdən çıxarılmamışam”

Nadir Əzməmmədov: “İşdən çıxarılmamışam”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yenilik baş verib. QSC sədri Cavid Qurbanovun əmri ilə Nadir Əzməmmədovun rəhbərlik etdiyi Mətbuat Katibliyi ləğv edilib, əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Bu barədə moderator.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. İndiyədək Mətbuat Katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı təyin edilib. Məlumatda o da qeyd edilib ki, sözügedən yeniliklərlə bağlı məlumatı QSC-dən təsdiq ediblər.

Lakin Nadir Əzməmmədov musavat.com-a açıqlama verərək yayılan informasiyanın doğru olmadığını bildirdi: “Mətbuatla əlaqənin geniş olması üçün İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb. Bu şöbədə qəzet və mətbuat katibliyi olacaq. Yəni daha geniş olacaq. Əvvəllər bu şöbələr ayrı-ayrı fəaliyyət göstərirdisə, indi birlikdə işləyəcəyik. Nazirlikdə necədirsə, bizdə də o cür olacaq.

Mətbuat Katibliyinin ləğv edilməsi məlumatı səhvdir. Ümumiyyətlə, bir qurum və ya şöbə yarananda əsasnamə və ştat cədvəli olur. Biz də qəzet və mətbuat katibliyi olacaq. Və mən də mətbuat katibliyinə baxıram, öz işimdə qalmışam. Səhv informasiya yayan əməkdaşlar məgər diqqət etmirlər ki, mən gündəlik qurum haqqında məlumatlar paylaşıram. Sədr qərar verdi, İctimaiyyətlə Əlaqələr Şöbəsi öz işini, mən də öz işimi görürəm. Üstəlik, bizdə hələ ki, ştat tam təyin olunmayıb, amma artıq məlumatlar yayılıb”.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın