Bazar , Noyabr 29 2020
Ana səhifə / Köşə Yazarları / MTRŞ: “Space”də yayımlanan “Məhəbbət əhvalatları” verilişi ilə bağlı şikayətlər daxil olur

MTRŞ: “Space”də yayımlanan “Məhəbbət əhvalatları” verilişi ilə bağlı şikayətlər daxil olur

“Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra Şura verilişlərin məzmunu ilə bağlı narahatlığını dəfələrlə dilə gətirmişdi. Eyni zamanda, kanallara verilişlərin məzmununa diqqət etmələri tövsiyə edilmişdi. Bu aspektdən yanaşanda hazırda bir çox verilişlərin məzmununda müəyyən qədər bayağılıq qalmaqdadır”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. 
O bildirib ki, “Space” televiziyasında yayımlanan “Məhəbbət əhvalatları” verilişində də bayağılıq müşahidə olunur: “Bu verilişlə bağlı Şuranın “Qaynar xətt”inə şikayətlər daxil olur. “Məhəbbət əhvalatları” verilişinin formatında bir balaca dəyişiklik olsa yaxşıdır. Hazırda konkret qanun pozuntusu olmadığına görə biz verilişə müdaxilə etmirik. Amma verilişin aparıcısını, ümumiyyətlə verilişin formatında müəyyən qədər dəyişiklik edilməsi ilə bağlı öz tövsiyələrimizi vermişik. Verilişdəki sünilik, bayağılıq müəyyən dərəcədə aradan qaldırılsa yaxşı olar”.
Şöbə müdiri qeyd edib ki, “Space” telekanalının təmsilçiləri bu haqda məlumatlandırılıb: “Kanalın təmsilçiləri bizim tövsiyələri nəzərə alacaqlarına söz veriblər. Biz də hələki gözləmə mövqeyindəyik”.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın